Azərbaycanda hibrid avtomobil qiymətləri yüksəldi - Köhnə maşınlar yenidən DƏBDƏ

Azərbaycanda son illər avtomobil bazarında müşahidə olunan ən mühüm tendensiyalardan biri Çin istehsalı olan hibrid və elektrik avtomobillərinə marağın sürətlə artması idi. Xüsusilə dövlət tərəfindən tətbiq olunan vergi və gömrük güzəştləri bu nəqliyyat vasitələrinin həm idxalını, həm də satışını əhəmiyyətli dərəcədə stimullaşdırmışdı.

Nəticədə BYD, Changan, Geely, Chery, Haval və digər Çin markaları qısa müddətdə Azərbaycan bazarında geniş yayılmağa başladı. Lakin 2026-cı il yanvarın 1-dən etibarən hibrid avtomobillər üçün tətbiq olunan ƏDV güzəştlərinin müddətinin başa çatması bazarda vəziyyəti dəyişib.

Rəsmi statistikaya görə, bu ilin ilk dörd ayında Çindən Azərbaycana minik avtomobillərinin idxalı həm say, həm də dəyər baxımından kəskin azalıb. Xüsusilə hibrid avtomobillərin idxalında ciddi geriləmə qeydə alınıb. Bu da güzəştlərin ləğvinin bazara təsiri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
 

Maraqlıdır ki, idxalın azalmasına baxmayaraq, son illərdə ölkədə Çin markalı avtomobillərin sayı rekord templə artıb və bəzi markalar üzrə artım yüzlərlə faizlə ölçülür. Bu isə onu göstərir ki, bazarda həmin avtomobillərə maraq hələ də yüksək olaraq qalır.


Bəs hibrid avtomobillərə tətbiq olunan güzəştlərin başa çatması idxalın azalmasına nə dərəcədə təsir edib? Çin avtomobillərinin qiymətlərində yaxın aylarda bahalaşma gözlənilirmi? İdxalın azalması avtomobil bazarında təklif və qiymətlərə necə təsir göstərə bilər? Dövlətin tətbiq etdiyi güzəştlərin əsas məqsədi nə idi və bu məqsədlərə nail olunubmu?

Bizim.Media xəbər verir ki, nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov mövzu ilə bağlı Musavat.com-a açıqlama verib. O bildirib ki, təkcə Çin istehsalı deyil, ümumilikdə digər ölkələrdə istehsal olunan və Azərbaycana yeni idxal edilən hibrid avtomobillərin qiymətlərində də artım müşahidə olunur.

Ekspertin sözlərinə görə, bunun əsas səbəbi hibrid avtomobillərin əlavə dəyər vergisindən (ƏDV) azad olunması ilə bağlı güzəşt müddətinin başa çatmasıdır:

“Güzəşt müddəti bitdiyinə görə hibrid avtomobillər artıq alıcılara ƏDV də daxil edilməklə təqdim olunur. Bu isə bazara da müəyyən təsir göstərir. Belə ki, həm bu növ avtomobillərin idxalında azalma müşahidə edilir, həm də ölkə daxilində satışlarda geriləmə var. Hazırda bazarda ucuz qiymətə təklif olunan Çin istehsalı avtomobillər əsasən rəsmi istehsalçı zəmanəti olmayan, həmçinin əvvəlki illərdə, məsələn, 2024–2025-ci illərdə istehsal edilmiş nəqliyyat vasitələridir. Lakin bu il ərzində ölkəyə idxal edilən həm Çin, həm də digər ölkələrin istehsalı olan yeni hibrid avtomobillər artıq daha yüksək qiymətlərlə satışa çıxarılır”.

E.Cəfərov qeyd edib ki, yay mövsümü ərzində bazarda qiymətlərin sabit qalacağı gözlənilir:

“Qiymətlərdə nə kəskin artım, nə də kəskin azalma proqnozlaşdırılır”.

Ekspert bildirib ki, yeni hibrid avtomobillərin qiymətində baş verən dəyişikliklər ölkəyə gətirilən nəqliyyat vasitələrinin sayına da təsirsiz ötüşməyib:

“Digər tərəfdən, vətəndaşlar yenidən köhnə avtomobillərə üstünlük verməyə başlayıblar. Bu tendensiya ölkədə avtomobil parkının yenilənməsi istiqamətində həyata keçirilən tədbirlərə müəyyən dərəcədə mənfi təsir göstərir. Nəticədə avtomobil parkının müasirləşməsi əvəzinə, təəssüf ki, yenidən köhnəlmə prosesi müşahidə olunur”.

E.Cəfərov xatırladıb ki, vaxtilə tətbiq olunan güzəştlərin əsas məqsədi ölkəyə daha çox yeni nəqliyyat vasitələrinin idxalını stimullaşdırmaq olub:

“Burada əsas hədəf həm yeni, həm də ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin ölkəyə gətirilməsi, eyni zamanda, vətəndaşların bu tip avtomobillərə marağını artırmaq idi. Bununla atmosferə atılan zərərli karbon qazının həcminin azaldılması və hava çirklənməsinin müəyyən qədər qarşısının alınması nəzərdə tutulurdu”.

Ekspert qeyd edib ki, məqsədlərdən biri də ölkənin köhnə avtomobil parkının yenilənməsinə nail olmaq idi:

“Son dörd ildə bu siyasətin real nəticələri özünü göstərdi. Vətəndaşlar ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinə daha çox üstünlük verməyə başladılar. Bu da öz növbəsində ölkədə avtomobil parkının yenilənməsi prosesini əhəmiyyətli dərəcədə sürətləndirdi”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda Ümumdünya İslam İqtisadçıları Proqramına start verilib

Bakıda Ümumdünya İslam İqtisadçıları Proqramına start verilib

Neymar Haiti ilə oyunu buraxacaq

Neymar Haiti ilə oyunu buraxacaq

İrana qarşı hücumların hansı halda bərpa ediləcəyi AÇIQLANDI

İrana qarşı hücumların hansı halda bərpa ediləcəyi AÇIQLANDI

İran artıq iki gündür gəmilərə hücum etmir - Vens

İran artıq iki gündür gəmilərə hücum etmir - Vens

Türkiyədə 8 məşhurun narkotik test nəticələri MÜSBƏT ÇIXDI

Türkiyədə 8 məşhurun narkotik test nəticələri MÜSBƏT ÇIXDI

ABŞ-dən vətəndaşlarına ÇAĞIRIŞ: Rusiyaya səfər etməyin!

ABŞ-dən vətəndaşlarına ÇAĞIRIŞ: Rusiyaya səfər etməyin!

Gürcüstanda əhaliyə xəbərdarlıq edildi: Daşqın təhlükəsi var

Gürcüstanda əhaliyə xəbərdarlıq edildi: Daşqın təhlükəsi var

Gəmidə yaralanan azərbaycanlıların son durumu AÇIQLANDI

Gəmidə yaralanan azərbaycanlıların son durumu AÇIQLANDI

Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi

Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi

DÇ-2026: Çexiya - CAR oyunu başladı

DÇ-2026: Çexiya - CAR oyunu başladı

Netanyahu: “İsrail Livanı tərk etməyəcək”

Netanyahu: “İsrail Livanı tərk etməyəcək”

TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA

TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA

Bakı Bəyannaməsi qəbul edildi - FOTO

Bakı Bəyannaməsi qəbul edildi - FOTO

Şəbnəm Tovuzlunu hansı cəza gözləyir? – VİDEO

Şəbnəm Tovuzlunu hansı cəza gözləyir? – VİDEO

Dövlətin satışa çıxardığı maşınlar rekord qiymətə SATILDI

Dövlətin satışa çıxardığı maşınlar rekord qiymətə SATILDI

Azərbaycanda 76 yaşlı jurnalistə cinayət işi açıldı

Azərbaycanda 76 yaşlı jurnalistə cinayət işi açıldı

Göz qapağına geyiminin zəncirbəndi ilişdi - VİDEO

Göz qapağına geyiminin zəncirbəndi ilişdi - VİDEO

İran TRIPP layihəsinə dəstək vermək niyyətində deyil - FOTO

İran TRIPP layihəsinə dəstək vermək niyyətində deyil - FOTO

Prezident: “Odur ki, yenidən borc götürməyə başladıq”

Prezident: “Odur ki, yenidən borc götürməyə başladıq”

“Ermənilərə Rusiyaya qarşı vuruşmağı öyrədirlər” - Mariya Zaxarova

“Ermənilərə Rusiyaya qarşı vuruşmağı öyrədirlər” - Mariya Zaxarova

Saxta turlarla vətəndaşları aldadan qadın beynəlxalq axtarışa verildi

Saxta turlarla vətəndaşları aldadan qadın beynəlxalq axtarışa verildi

Nazir Rumıniya Prezidentinin müşaviri ilə görüşdü - FOTO

Nazir Rumıniya Prezidentinin müşaviri ilə görüşdü - FOTO

Prezident: “Bu gün sülh artıq reallıqdır”- VİDEO

Prezident: “Bu gün sülh artıq reallıqdır”- VİDEO

60-a yaxın yaşı var, gənc qızlara meydan oxuyur – VİDEO

60-a yaxın yaşı var, gənc qızlara meydan oxuyur – VİDEO

End of content

No more pages to load

RADİO