Cəlilabad rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Mirzəli kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, Qarakazımlı kənd sakini 1982-ci il təvəllüdlü Fariz Məmmədov elektrik xəttində təmir-bərpa işləri apararkən cərəyan vurması nəticəsində ağır xəsarətlər alıb.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Lakin aldığı xəsarətlər səbəbindən F. Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Fariz Məmmədov “Azərişıq” ASC-nin əməkdaşı olub.
Faktla bağlı araşdırma aparılır, hadisənin başvermə səbəbləri müəyyənləşdirilir.
Sabutay, Bizim.Media, Cənub bürosu