Donetsk vilayətinin Baxmut səmasında Ukrayna sərhədçiləri Rusiyanın Su-25 qırıcı təyyarəsini vurublar.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Dövlət Sərhəd Xidmətinin Telegram kanalı yayıb.
Qurumun məlumatına görə, düşmənin hücum təyyarəsi Ukraynanın müdafiə xəttində irəliləyən rus əsgərlərini havadan qoruyub.
Dövlət Sərhəd Xidmətindən bildirilib ki, təyyarə raket zərbəsi nəticəsində alovlanıb və qəzaya uğrayıb.
Pilotun taleyi hələlik məlum deyil.
Bizim.Media