“Dağıdıcı zəlzələnin faciəvi nəticələri və günahsız insanların həlak olması ilə əlaqədar Türkiyəyə səmimi qəlbdən başsağlığı verirəm”.
Bizim.Media News.am-a istinadən bildirir ki, bu fikirlər Ermənistan prezidenti Vaaqn Xaçaturyanın başsağlığında əksini tapıb.
O, təbii fəlakət nəticəsində ölənlərin ailələrinə başsağlığı verib, xəsarət alanlara isə tezliklə sağalmağı arzulayıb.
Qeyd edək ki, daha əvvəl Ermənistan baş naziri Nikol Paşinyan da Türkiyəyə başsağlığı verib.
Bizim.Media