Malatyada zəlzələ sonrası dağıntılar altında qalan gənc “Whatsapp” paylaşımı vasitəsilə kömək istəyib.
Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video görüntülər yayılıb.
Görüntülərə əsasən gənc oğlan olduğu ünvanı səsləndirərək videonu görəcək olan şəxslərdən kömək istəyib.
Qeyd edək ki, gəncin ailə üzvləri də onunla birlikdə dağıntılar altında qalıblar.
Bizim.Media