Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub,
Bizim.Media xəbər verir ki, bu haqda Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, tərəflər Laçın dəhlizindəki vəziyyəti müzakirə ediblər.
Onlar həmçinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, Avropa İttifaqının Ermənistandakı mülki monitorinq missiyasının fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparıblar.
Bizim.Media