Türkiyənin Kahramanmaraş vilayətində baş vermiş 7,7 bal gücündə zəlzələdən sonra bölgədə 78 afterşok qeydə alınıb.
Bizim.Media xəbər verir ki, “TRT World”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib.
O, zəlzələnin episentrinin yerin 7 kilometr dərinliyində qeydə alındığını bildirib.
Qeyd edək ki, təbii fəlakət nəticəsində həlak olanların sayı 912-ə çatıb, 5385 nəfər yaralanıb. Dağıntıların altında qalanların xilas edilməsi istiqamətində intensiv iş aparılır.
Bizim.Media