Rusiya müsəlmanları Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım üçün ianə aksiyası keçirirlər.
Bizim.Media “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu fikirləri Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədr müavini, Moskva Müsəlmanları Ruhani İdarəsinin rəhbəri müfti İldar Alyautdinov səsləndirib.
Xatırladaq ki, bu gün Türkiyənin müxtəlif bölgələrində 7.4 bal gücündə zəlzələ olub. İndiyədək zəlzələ nəticəsində ölənlərin sayı 284 nəfəri keçib. 2323 nəfər yaralı var.
Bizim.Media