Türkiyəli məşhur aktrisa Melisa Aslı Pamukun ailəsi də dağıntılar altında qalıb.
Bizim.Media xəbər verir ki, aktrisa Melisa Aslı Pamuk Tvitter hesabında paylaşım edərək kömək istəyib.
Onun sözlərinə görə, Kahramanmaraşda baş verən 7,4 bal gücündə zəlzələdə nənəsi və xalası dağıntılar altında qalıb:
Melisa yaxınlarının yaşadığı ünvanı qeyd edərək bu sözləri yazıb:
"Nənəm yeriyə bilmir, xəstədir. Xalamla birlikdə binada qapalı qalıblar. Mənzildə vəziyyət necədir bilmirik. Bölgədə kömək edə biləcək kimsə var?”.
Bizim.Media