Rusiya 100 nəfərlik axtarış-xilasetmə qrupunu daşıyan 2 İl-76 təyyarəsini Türkiyəyə göndərməyə hazırlaşır.
Bizim.Media xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı R.T.Ərdoğana başsağlığı verib.
Putin öz növbəsində Türkiyəyə yardım da təklif edib.
Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə güclü zəlzələ olub. Nəticədə 284 nəfər ölüb, 2323 nəfər yaralanıb. 1710 bina dağılıb.
Bizim.Media