Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 1060 nəfərə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Məlumata görə, 2500 nəfər xəsarət alıb.
19.44
Suriyada dağıntı və tələfatla nəticələnən zəlzələdə ölənlərin sayı artıb.
Bizim.Media xəbər verir ki, Suriya Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, zəlzələdə ölənlərin sayı 461-ə çatıb.
Təbii fəlakət zamanı daha 1326 nəfərin yaralandığı bildirilir.
10.33
Suriyanın şimalında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 237-yə çatıb.
Bizim.Media Suriya KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.
Bildirilib ki, zəlzələ nəticəsində 639 nəfər xəsarət alıb.
Qeyd olunub ki, Hələb, İdlib, Latakiya və Həma əyalətlərində dağılmış binaların altında onlarla adam qalıb.
Bizim.Media