Xoyda zəlzələdən zərərçəkən ana və oğul çadırda vəfat edib.
Bizim.Media “Azad İran” Telegram kanalına istinadən xəbər verir ki, hadisə Firuroq bölgəsində qeydə alınıb.
Mənbə yazır ki, 80 yaşlı ana və 55 yaşlı oğlu çadırı isitmək üçün kömür yandırıblar. Bu zaman faciə baş verib və onlar kömürdən zəhərləniblər.
Bizim.Media