Orqanizmdən toksinləri çıxara bilən pendir növü istehsal olunub.
Bizim.Media Bakupost.az-a istinadən xəbər verir ki, Rusiya Biotexnoloji universitetin alimləri qara mərmər pendir əldə edib. Pendirə aktivləşdirilmiş kömür qatılıb.
Onlar bildirib ki, bu məhsul xüsusi istiqamətli və müalicəvidir:
“Bu pendir orqanizmi, mədə-bağırsaq sistemini təmizləyir, bütün orqanizmə müalicəvi təsir edir. Pendirdə olan kömür toksin, zərərli maddə, qazları çıxarır, diareyanın qarşısını alır, köpü götürür. Qara kömür pendirin dadını dəyişmir, pendir həmişəki qaydada sadəcə pendirdir”.
Bildirilib ki, bu pendirin qiyməti də adi pendirdən çox fərqlənməyəcək. Pendirin reseptində təbii, yerli inqridiyentlərdən istifadə olunub.
Qeyd edilib ki, kömür pendirin kütləvi istehsal üçün güclü istehsalat avadanlığı olan müəssisəyə ehtiyac var.
Bizim.Media