“Terror təşkilatları İsveçin NATO-ya üzvlüyü yolunda minalar düzür”.
Bizim.Media Anadolu-ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Çavuşoğlu qeyd edib ki, İsveç bu minaları bilərəkdən tapdayır:
“İstəsə, təmizləyər. Biz razılaşmaları yerinə yetirməyənləri mükafatlandıra bilmərik. Stokholm üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdikdən sonra Ankara məsələni müzakirə etməyə hazır olacaq”.
Bizim.Media