Şimali Karolinada tədqiqat mərkəzlərinin yerləşdiyi küçəyə türkiyəli onkoloq və kimya üzrə Nobel mükafatı laureatı Əziz Sancarın adı verilib.
Bizim.Media xəbər verir ki, bu barədə “Habertürk” kanalı məlumat yayıb.
Qeyd edək ki, 2015-ci ildə Sancar "DNT təmiri mexanizmləri üzərində araşdırmalara görə" kimya üzrə Nobel mükafatı alıb. Hazırda Bayraktar qardaşları ilə sıx əməkdaşlıq edən alim araşdırmalarını ABŞ-dan Türkiyəyə köçürür.
Bizim.Media

