ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays İranın İsraillə bağlı BMT-yə ünvanladığı məktuba münasibət bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Departmentinin rəsmi saytı məlumat yayıb.
ABŞ rəsmisi İranı dünyadakı qeyri-sabitliyin əsas “ixracatçısı” kimi qiymətləndirib:
“Dünya üçün təhlükə İsrail deyil, İrandır. O, nüvə proqramı ilə bağlı işləri davam etdirir. İran, dünyanın aparıcı terror “ixracatçısı” olmaqda davam edir. O, regionda sabitliyi dərindən pozan marionet qrupları dəstəkləyir”.
Bizim.Media