Serbiya Prezidenti Aleksandar Vuçiç respublikanın Avropa İttifaqına daxil olmağa hazır olduğunu açıqlayıb.
Bizim.Media xəbər verir ki, o, bunu Milli Assambleyanın (ölkə parlamentinin) iclasında deyib.
“Serbiya Avropa yolundadır və Atlantik inteqrasiyaya gəldikdə, NATO-ya qoşulmaq istəmir. Serbiya öz hərbi neytrallığını canfəşanlıqla qorumaq və gücləndirmək istəyir. Avropaya inteqrasiya ilə Atlantik inteqrasiya arasında fərq var”, - deyə Vuçiç bildirib.
Onun sözlərinə görə, Serbiyanın Aİ-yə üzvlüyünün verilməməsi təhlükəsi ilə yanaşı, bəzi ölkələrin nümayəndələri respublikanı bütün investisiyalardan məhrum edəcəklərini qeyd ediblər.
Bizim.Media