Türkiyədə akkreditə olunmuş 9 ölkənin səfiri təhlükəsizlik səbəbindən İstanbuldakı baş konsulluqlarının bağlanmasına görə Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN-dəki mənbələr məlumat verib.
“Doqquz ölkənin səfiri baş konsulluqlarının fəaliyyətinin dayandırılması ilə əlaqədar XİN-ə çağırılıblar”, - deyə mənbə qeyd edib.
Bizim.Media