"Rusiya “3+3” regional formatının davamı istiqamətində işləri davam etdirəcək".
Bizim.Media xəbər verir ki, bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov “Rossiya-24” telekanalına müsahibəsində bildirib.
Rusiya Federasiyasının xarici siyasət idarəsinin rəhbəri deyib:
“Bu regionda quruculuq istiqamətində konstruktiv fəaliyyətin üstünlük təşkil etməsi üçün biz Cənubi Qafqazın üç ölkəsi (Azərbaycan, Gürcüstan və Ermənistan) və böyük qonşular olan üç dövlətin (Rusiya, Türkiyə, İran) iştirak etdiyi “3+3” formatını təşviq edirik. Hədəfə ilk yaxın olan kontakt alınıb. Davam etdirəcəyik”.
Bizim.Media