Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Kiyevə səfər edib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Leyen öz rəsmi tviter hesabında paylaşıb.
O bildirib ki, bu, onun Ukraynada müharibə başlayandan sonra Kiyevə 4-cü səfəridir. Bununla yanaşı, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel də Kiyevdə səfərdədir.
Bizim.Media
