Fevralın 2-nə keçən gecə Rusiya qoşunları Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərini İsgəndər-K raketi ilə vurub.
Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, bu barədə Donetsk vilayətinin polis idarəsi məlumat yayıb.
Son məlumatlara görə, zərbə nəticəsində 8 yaşayış binasına ziyan dəyib, onlardan biri tamamilə dağılıb.
Hücumda üç mülki şəxs həlak olub, daha 20 nəfər yaralanıb.
Bizim.Media