ABŞ Dövlət Departamenti Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndə təyin edib.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken rəsmi “Twitter” hesabında məlumat verib.
“Bu gün mən Luis L. Bononun Qafqaz danışıqları üzrə yeni baş məsləhətçimiz təyin olunduğunu elan edirəm. Onun səyləri Cənubi Qafqazda münaqişələrin sülh yolu ilə həlli istiqamətində işimizi daha da inkişaf etdirəcək”, - deyə Blinken qeyd edib.

Bizim.Media