Avropa İttifaqı İranın pilotsuz təyyarələr (dron) istehsal edən “Iran Aircraft Manufacturing Industries Corporation” (HESA) şirkətinə qarşı sanksiyalar tətbiq edib.
Bizim.Media xəbər verir ki, sanksiyalar yanvarın 30-dan qüvvəyə minib. Bu sənəd Aİ-nin rəsmi jurnalında dərc olunub.
Aİ-nin məlumatına görə, HESA pilotsuz təyyarələri Rusiya tərəfindən Ukraynaya qarşı müharibədə istifadə olunur.
Bizim.Media