Danimarkalı fəal Rasmus Paludan yenə Quran kitabını yandırıb.
Bizim.Media xəbər verir ki, bu barədə görüntülər Telegram kanallarında yer alıb.
Mənbə yazır ki, hadisə Rusiyanın Danimarkadakı səfirliyi qarşısında qeydə alınıb.
“Quran kitabı yanır. Bu isə çeçen güləşçi Xamzat Çimayevin, eləcə də Çeçenistan liderinin günahıdır. Onlar özlərini necə aparmağı öyrənsəydilər, Rusiya səfirliyinin qarşısında Quranı yandırmağa ehtiyac qalmazdı”, deyə o vurğulayıb.
Bizim.Media