Ukraynanın Luqansk vilayətinin Rusiya Ordusu tərəfindən ilhaq edilən Novoaydar şəhərində Rusiya hərbçilərinin müalicə aldığı xəstəxanada partlayış olub.
Bizim.Media RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Luqansk hərbi administrasiyasının rəhbəri Sergiy Qayday məlumat verib.
Məlumata görə, hadisə nəticəsində xəstəxanada müalicə alan 14 nəfər rusiyalı hərbçi ölüb.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi bu insidentdə Ukrayna hərbçilərini ittiham edərək, əraziyə“HIMARS” raketi ilə zərbə endirildiyini iddia edir.
Bizim.Media