Mövlud Çavuşoğludan Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı Tehrana ÇAĞIRIŞ 

“Son vaxtlar Azərbaycanın diplomatik missiyalarına qarşı terror hücumları həyata keçirilir. Parisdə 2, Livanda 1 hücum olub”. 

Bizim.Media “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib. 

O bildirib ki, həmin hücumları oradakı radikal erməni qrupları həyata keçirib:

“Həmçinin Londonda da radikal bir qrup Azərbaycanın səfirliyinə hücum etdi. İndi də İranda belə hadisə baş verdi. Bu hücumlar araşdırılmalıdır. Xüsusilə İranla Azərbaycan arasında səmimi əməkdaşlıq mühiti formalaşmalıdır”. 

M.Çavuşoğlu, həmçinin Tehrana çağırış edib:

“Qonşumuz İrandan gözləntimiz bu terror hücumunun arxasında dayananlar və hadisənin səbəbləri barədə Azərbaycana məlumat verməsidir. Bu, vacibdir. İkinci bir tərəfdən, bu hücumu təşkil edən şəxs və ya şəxslər məsuliyyətə cəlb olunmalıdır. Hər zaman deyirik: Can Azərbaycan tək deyil”. 

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub.

Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda bu xain hücum üzrə araşdırma gedir. 

Azərbaycan səfirliyinə hücum edən şəxs səfirlik əməkdaşları tərəfindən saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prezidentin köməkçisi: “Azərbaycanda media mühitinin modernləşdirilməsi həyata keçirilib”

Prezidentin köməkçisi: “Azərbaycanda media mühitinin modernləşdirilməsi həyata keçirilib”

Şuşada İlham Əliyevin Slovakiya Prezidenti ilə təkbətək görüşü KEÇİRİLDİ

Şuşada İlham Əliyevin Slovakiya Prezidenti ilə təkbətək görüşü KEÇİRİLDİ

“Bizi “sıfır nöqtəsinə” geri sürükləməyə çalışırlar”

“Bizi “sıfır nöqtəsinə” geri sürükləməyə çalışırlar”

Cəlilabadda qədim yaşayış məskənində sənətkarlıq məhəlləsi tapıldı - FOTO

Cəlilabadda qədim yaşayış məskənində sənətkarlıq məhəlləsi tapıldı - FOTO

İlham Əliyev Slovakiya Prezidentini Şuşada QARŞILADI - FOTO

İlham Əliyev Slovakiya Prezidentini Şuşada QARŞILADI - FOTO

Türkiyədə genişmiqyaslı əməliyyat: 74 nəfər saxlanıldı

Türkiyədə genişmiqyaslı əməliyyat: 74 nəfər saxlanıldı

Hikmət Hacıyev: “Süni intellekt jurnalistikanı yenidən formalaşdırır”

Hikmət Hacıyev: “Süni intellekt jurnalistikanı yenidən formalaşdırır”

Evlərin qiymətində fantastik bahalaşma – Yay amili, yoxsa...

Evlərin qiymətində fantastik bahalaşma – Yay amili, yoxsa...

DRON HÜCUMU: Başqırdıstanda neft emalı zavodu vuruldu - VİDEO

DRON HÜCUMU: Başqırdıstanda neft emalı zavodu vuruldu - VİDEO

MİQ imtahanları BAŞLADI

MİQ imtahanları BAŞLADI

IV Şuşa Qlobal Media Forumu işini davam etdirir

IV Şuşa Qlobal Media Forumu işini davam etdirir

Hikmət Hacıyevdən Azərbaycana qarşı dezinformasiya kampaniyası ilə bağlı AÇIQLAMA

Hikmət Hacıyevdən Azərbaycana qarşı dezinformasiya kampaniyası ilə bağlı AÇIQLAMA

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Binəqədidə suyun qrafiklə verilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Binəqədidə suyun qrafiklə verilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Prezidentin köməkçisi: “Münaqişələr həm də informasiya məkanında aparılır”

Prezidentin köməkçisi: “Münaqişələr həm də informasiya məkanında aparılır”

Naxçıvanın bir hissəsində qaz olmayacaq

Naxçıvanın bir hissəsində qaz olmayacaq

Razılaşmaya yaxın idik, Qərb pozdu – Blanar

Razılaşmaya yaxın idik, Qərb pozdu – Blanar

Bacısına görə həmyerlisini öldürdü – 10 il HƏBS CƏZASI

Bacısına görə həmyerlisini öldürdü – 10 il HƏBS CƏZASI

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Həmin epizoda görə ölümlə təhdid edilir - Fotolar

Həmin epizoda görə ölümlə təhdid edilir - Fotolar

21 yaşlı gənc ürəyindən bıçaqlandı

21 yaşlı gənc ürəyindən bıçaqlandı

Qızılın qiyməti ARTDI

Qızılın qiyməti ARTDI

DÇ-2026: Yarımfinalda nəhənglərin toqquşması: Fransa-İspaniya

DÇ-2026: Yarımfinalda nəhənglərin toqquşması: Fransa-İspaniya

Trampdan təklif: Bacısı əvəzləsin

Trampdan təklif: Bacısı əvəzləsin

End of content

No more pages to load

RADİO