Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın Baş naziri Məhəmməd Şia Sudani ilə telefon danışığı aparıb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Bildirilib ki,Prezident Ərdoğan İraqın sabitliyi və ərazi bütövlüyünə əhəmiyyət verdiyini, PKK-nın İraq torpaqlarında mövcudluğuna son qoyulmağının bu ölkənin milli təhlükəsizlik məsələsi olduğunu qeyd edib.
Həmçinin, danışıq zamanı ikitərəfli münasibətlər müzakirə olunub.
Bizim.Media