Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə danışıb.
Bizim.Media xəbər verir ki, bu barədə Zelenski rəsmi “Twitter” hesabında məlumat verib.
Ukrayna rəhbəri döyüş meydanındakı son vəziyyət və Ukraynanın hərbi ehtiyaclarını müzakirə etdiklərini qeyd edib:
“Biz həmçinin sülh formulunun həyata keçirilməsi üçün birgə səylər barədə razılığa gəldik. Qarşıdan gələn Ukrayna-Aİ sammitindən gözləntilərə dair fikir mübadiləsi apardıq”.
Bizim.Media
