Tehran Universiteti separatçı Əlikram Hümbətova anım mərasimi keçirib. İran hökuməti Azərbaycan dövlətinə və xalqına qarşı daha bir təxribat xarakterli addıma əl atıb.
Belə ki, molla rejiminin dəstəyi ilə yanvarın 8-də Tehran Universitetində qondarma “Talış-Muğan Muxtar Respublikasının prezidenti” Əlikram Hümbətovun xatirəsinə həsr olunmuş mərasim təşkil edilib.
Bizim.Media xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalında məlumat verilib.
İllərdir Azərbaycan əleyhinə qatı düşmən mövqeyi sərgiləyən “Bultan News” xəbər agentliyi yazır ki, sözügedən qondarma qurum Azərbaycan Respublikasının tərkibində talışlar tərəfindən yaradıldıqdan sonra bir neçə ay yaşayıb və sonda “Bakı rejimi” tərəfindən ləğv edilib.
Mərasimdə qondarma “Milli Talış Hərəkatının” informasiya xidmətinin rəhbəri Zabil Məhərrəmov fəxri qonaq qismində çıxış edib.

Bizim.Media