Antalyada Azərbaycan, Türkiyə və İran arasında üçtərəfli görüş keçiriləcək.
Bizim.Media xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib.
"Türkiyədə 44 ölkədən ibarət Asiya Parlamentləri Assambleyası yaradılacaq.
Həmçinin Azərbaycan, Türkiyə və İran Parlament sədrlərinin üçtərəfli görüşü keçiriləcək", - deyə Qalibaf qeyd edib.
Xatırladaq ki, Milli Məclisin sədri Sahibə Qafarova artıq Türkiyənin Antalya şəhərində səfərdədir.
Bizim.Media