Pakistan hakimiyyəti Əfqanıstanın 520-dən çox vətəndaşını həbsdən azad edib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın Pakistandakı səfirliyi məlumat yayıb.
"Əfqanıstanın İslamabaddakı səfirliyi və ölkənin Kəraçidəki Baş Konsulluğunun səyləri nəticəsində 54-ü qadın və 97-si uşaq olmaqla, 524 əfqan həbsxanadan azad edilib", - deyə səfirliyin bəyanatında qeyd edilib.
Bilidirilib ki, məhbusların bütün nəqliyyat, yemək və geyim xərcləri Əfqanıstanın səfirliyi və konsulluğu tərəfindən ödənilir.
Bizim.Media