Bu gün azərbaycanlı pravoslavlar Miladı qeyd edirlər - FOTO

Yanvarın 7-də pravoslav xristianlar İsa Peyğəmbərin mübarək mövludunu - Milad bayramını qeyd edirlər. 

Bizim.Media xəbər verir ki, bu bayram yanvarın 6-dan, Müqəddəs axşamdan başlayır. Həmin gün pravoslavlar üçün 40 günlük pəhrizin sonuncu günü və Milad bayramına hazırlıq dövrüdür.

Günəş batandan sonra bütün ailə masa arxasında toplaşır. İsa peyğəmbərin həvarilərinin sayına uyğun olaraq süfrəyə 12 pəhriz yeməyi qoyulur və bu yeməklərin hər birindən mütləq dadmaq lazımdır. Masada canlı alov - şam yanır. Müqəddəs axşamın ən əsas yeməyi kutyadır.

Adətən onu buğdadan hazırlayırlar. Amma üyüdülməmiş başqa yarmadan da istifadə etmək olar. Taxıl dənləri vahid bəşəriyyətin rəmzidir. Kutyada birləşdirici vasitə kimi bal və ya siropdan istifadə olunur. Bu şam yeməyi ilə Milad pəhrizi başa çatır. Yanvarın 7-də bütün yemək məhdudiyyətləri aradan qaldırılır və əsl bayram ziyafəti təşkil edilir. 

Bununla əlaqədar yanvarın 6-dan 7-nə keçən gecə Azərbaycanın bütün pravoslav kilsələrində təntənəli ibadətlər yerinə yetirilir. 

Bakı Yeparxiyasının katibi arximandrit Aleksi (Nikonorov) Milad ibadətindən əvvəl jurnalistlərə müsahibəsində deyib: “Bu gecə bütün pravoslav xristianlar, şərq xristianları İsa peyğəmbərin mövludunu bayram edirlər. Bu, xristianların səbirsizliklə gözlədikləri ən sevimli və uğurlu bayramlarından biridir. Bu günün nə demək olduğunu biz İncildə oxuyuruq. Lakin bu bayramın mahiyyətini anlamaqdan ötrü mələklərdən eşitdiyimiz sözlərə müraciət etmək lazımdır.

Onların Milad gecəsi çobanlara tərənnüm etdikləri mahnıda bu sözlər yer alır: Göylərin Rəbbi olan Allaha həmd olsun, Yer üzündə sülh və insanlara mərhəmət olsun. 

Milad bayramı həmişə sülhlə assosiasiya edilib. Lakin tarixə, İsa peyğəmbərin doğulduğu dövrə, bu günə baxsaq görürük ki, Yer üzündə sülh həmişə az olub və az olaraq qalmaqdadır. Sülhə müharibələr, əhval-ruhiyyə şərik çıxır. Biz istər-istəməz sual veririk: Bəs bu bayram nə gətirib, mahnı nə idi, mələklər sülhün əvəzində nə veriblər? Bu suala cavabı bizim ənənəmiz verir.

Deyilir ki, sülhü insan hər şeydən əvvəl özündə, öz qəlbində axtarmalıdır.

Bu sülhü insan öz yaxınlarına, əhatəsində olan hər kəsə arzulamalıdır. Əgər sülh eqoistlik üzərində qurulubsa, Yer üzündə sülh mümkün deyil. Buna görə də bugünkü bayramda mən hər kəsə təkcə özü üçün deyil, başqa insanlar üçün də sülh, ədalət axtarmağı arzu edirəm. Əziz həmvətənlər, bayramınız mübarək”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Fransa azarkeşləri ŞOKDA: Mbappe zədədən tam sağalmayıb

Fransa azarkeşləri ŞOKDA: Mbappe zədədən tam sağalmayıb

Ukraynanın mühasirəyə aldığı Krımda KRİTİK VƏZİYYƏT

Ukraynanın mühasirəyə aldığı Krımda KRİTİK VƏZİYYƏT

Mertsdən Moskvaya MÜRACİƏT: “Lazımsız qan tökülməsinə son qoyun!” - VİDEO

Mertsdən Moskvaya MÜRACİƏT: “Lazımsız qan tökülməsinə son qoyun!” - VİDEO

Meksika Argentina ilə oyuna çıxmaqdan İMTİNA ETDİ

Meksika Argentina ilə oyuna çıxmaqdan İMTİNA ETDİ

Ukraynada həyat xilas edərkən canından keçdi - Əminə Mehdiyevanın HƏYAT HEKAYƏSİ

Ukraynada həyat xilas edərkən canından keçdi - Əminə Mehdiyevanın HƏYAT HEKAYƏSİ

Qalmaqallı videoçarx silindi

Qalmaqallı videoçarx silindi

Ərdoğan Qətərə gedir

Ərdoğan Qətərə gedir

Binəqədidə idman zalından 5 minlik saat OĞURLANDI

Binəqədidə idman zalından 5 minlik saat OĞURLANDI

Dostuna mesaj yazan anasını ölümcül bıçaqladı - Samuxdakı dəhşətli cinayətin TƏFƏRRÜATI

Dostuna mesaj yazan anasını ölümcül bıçaqladı - Samuxdakı dəhşətli cinayətin TƏFƏRRÜATI

Əli Əsədovdan Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR

Əli Əsədovdan Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR

Hər üç min nəfərə bir vəkil... – Hansı fəsadları var?

Hər üç min nəfərə bir vəkil... – Hansı fəsadları var?

İspaniya Baş nazirinin qardaşına HÖKM OXUNDU

İspaniya Baş nazirinin qardaşına HÖKM OXUNDU

Çin Rusiyanın əsas qaz layihəsini DONDURDU

Çin Rusiyanın əsas qaz layihəsini DONDURDU

"Vampir gündəlikləri"nin ulduzu 26 yaşlı model ilə gizli evlənib – FOTO

"Vampir gündəlikləri"nin ulduzu 26 yaşlı model ilə gizli evlənib – FOTO

Musa Şəkiliyevin işində 13 ay bitdi - Yeni qərar

Musa Şəkiliyevin işində 13 ay bitdi - Yeni qərar

Türkiyə millisinin əfsanəsi Nihat Kahveci saxlanıldı

Türkiyə millisinin əfsanəsi Nihat Kahveci saxlanıldı

Sabah çimərliklərdə hava necə olacaq?

Sabah çimərliklərdə hava necə olacaq?

Bu gün işə qəbul imtahanı verən müəllimlərin NƏZƏRİNƏ

Bu gün işə qəbul imtahanı verən müəllimlərin NƏZƏRİNƏ

Bred Pittin daha 2 övladı rəsmən atasının soyadından imtina etdi

Bred Pittin daha 2 övladı rəsmən atasının soyadından imtina etdi

"Polkovnik işi":Həm mülki iddia, həm də cinayət təqibi-YENİ DETALLAR

"Polkovnik işi":Həm mülki iddia, həm də cinayət təqibi-YENİ DETALLAR

İtaliya polisi mafiya dəstəsinin 79 üzvünü HƏBS ETDİ

İtaliya polisi mafiya dəstəsinin 79 üzvünü HƏBS ETDİ

SON DƏQİQƏ: Ukrayna hökuməti istefa VERDİ

SON DƏQİQƏ: Ukrayna hökuməti istefa VERDİ

Əli Əhmədovun həyat yoldaşı bu klinikanın direktoru oldu

Əli Əhmədovun həyat yoldaşı bu klinikanın direktoru oldu

Kola mədəyə faydalıdır, yoxsa zərərli? - Yerli və xarici həkimlər arasında FİKİR AYRILIĞI

Kola mədəyə faydalıdır, yoxsa zərərli? - Yerli və xarici həkimlər arasında FİKİR AYRILIĞI

End of content

No more pages to load

RADİO