NATO və Avropa İttifaqı (Aİ) arasındakı əməkdaşlığa dair bəyannamə imzalanacaq.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, yanvarın 10-da NATO-nun Baş katibi Yens Stoltenberq, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen NATO-Aİ əməkdaşlığına dair üçüncü birgə bəyannaməni imzalamaq üçün NATO-nun mənzil-qərargahında görüşəcəklər.
Bizim.Media