Türkiyədə Prezident seçkilərinin keçiriləcəyi tarix dəyişdirilə bilər.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AK Partiya) qərargahında partiyanın rayon təşkilatlarının genişləndirlimiş iclasında bildirib.
Ərdoğan deyib ki, seçkilərin vaxtının bir qədər irəli çəkilməsi ehtimalı var.
Qeyd edək ki, Milli Hərəkat Partiyasının sədri Dövlət Baxçalı da seçkilərin daha erkən keçirilə biləcəyinin anonsunu vermişdi.
Bizim.Media