Yanvarın 4-də Ankara-Bakı reysi üzrə Azərbaycana gələn sərnişin təyyarəsində ölüm hadisəsi baş verib.
Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, saat 14 radələrində Türkiyədən Bakıya gələn təyyarədə olan sərnişin, Sumqayıt şəhər sakini 1966-cı il təvəllüdlü Qəzənfər Məmmədov dünyasını dəyişib.
Onun onkoloji xəstəlikdən əziyyət çəkməsi və bu xəstəlik ucbatından vəfat etməsi məlum olub.
Mərhumun nəşi aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media