Haitidə dövlət çevrilişinə cəhd göstərildikdən sonra hüquq-mühafizə orqanları Ali Məhkəmə hakimi daxil olmaqla 20-dən çox insanı nəzarətə götürüb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Reuters agentliyi yayıb.
Ölkə prezidenti Jovenel Moise sui-qəsdçilərin onu öldürməyi planlaşdırdıqlarını deyib.
“Sarayın təhlükəsizlik xidmətinin bütün işçilərinə təşəkkürümü bildirirəm. Əməliyyatın iştirakçıları məni öldürmək üçün plan hazırlamışdılar. Bu plan pozuldu” deyə prezident AFP agentliyinə bildirib.
Bizim.Media