Ukrayna prezidenti Volodimir Zelenski Konqresdəki çıxışının əvvəlində bütün dünyada Rusiya üzərində qələbədən danışıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya “bbc.com” saytında yer alıb.
Zelenskinin sözlərinə görə, bu qələbəni Ukrayna, ABŞ və Avropa qazanıb.
“Rus tiranlığı bizim üzərimizdəki nəzarətini itirib və bir daha bizim zehnimizə təsir etməyəcək. Ancaq biz hər şeyi etməliyik ki, qlobal cənub ölkələri də bu qələbəni qazansın”, deyə o, qeyd edib.
Bizim.Media