İran Rusiyaya daha 250 kamikadze dron təhvil verib.
Bizim.Media xəbər verir ki, bu fikirləri Ukrayna prezidenti Volodimir Zelenski səsləndirib.
“Bu gecə Ukrayna yenidən İran pilotsuz təyyarələrinin hücumuna məruz qalıb. 34 "Şahed” dronu olub. Mən həm kəmiyyəti, həm də adını tam olaraq konkret deyirəm. Bunlar Rusiyanın İrandan aldığı yeni “Şahed” partiyasıdır. Ümumilikdə terrorçu dövlət 250 ədəd dron alıb”, - deyə Ukrayna prezidenti bildirib.
Bizim.Media