Bazar ertəsi, dekabrın 19-da Rusiya prezidenti Vladimir Putin Belarus prezidenti Aleksandr Lukaşenko ilə danışıqlar aparmaq üçün bir günlük işgüzar səfərlə Minskə gəlib.
Bizim.Media xəbər verir ki, liderlər İttifaq dövləti çərçivəsində inteqrasiyanı, enerji və iqtisadi məsələləri, eləcə də iki ölkənin təhlükəsizliyi mövzusunu müzakirə edəcəklər.
Danışıqlar Müstəqillik Sarayında əvvəlcə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə keçiriləcək, daha sonra Putin və Lukaşenko təkbətək danışacaqlar.
Danışıqlardan sonra prezidentlərin birgə bəyanatla çıxışı və jurnalistlərlə söhbəti gözlənilir.
Bizim.Media