42 yaşlı qadın sosial şəbəkədə gördüyü bir gözəllik salonuna üzündə müəyyən prosedurlar aparmaq üçün gedib.
Bizim.Media türk mətbuatına istinadən xəbər verir ki, qadının üzündə aparılan səhv müalicə dərisinin yanmağına səbəb olub.
Antalyada yaşayan 42 yaşlı bir uşaq anası Aslı İlhan, 4 ay əvvəl sosial media səhifəsində bir gözəllik salonunun elanını görüb.
Bu səhifədəki reklam xarakterli fotolara aldanan gənc qadın, dərisini gözəlləşdirmək üçün sözügedən salona yollanıb.
Buradakı səhv prosedur nəticəsində İlhanın üzü yanıb və su yığılıb. Daha sonra tövsiyə ilə başqa bir salona gedib. 42 yaşlı qadın burada isə üzünün daha bərbad hala gətirildiyini bildirib.
Hər iki salona ödədiyi yüksək məbləği geri tələb edən Aslı İlhan gözəllik salonlarını məhkəməyə verib və hər kəsə bu prosedurlar üçün yalnız xəstəxanalara getməyi tövsiyə edib.
Bizim.Media
