Fransanın futbol üzrə milli yığmasının Qətərdə keçirilmiş Dünya Çempionatında Argentina millisinə məğlubiyyətindən sonra paytaxt Parisdə və ölkənin digər yerlərində qarşıdurmalar qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə Fransanın “Le Figaro” nəşri ölkənin DİN-ə istinadən məlumat yayıb.
Bildirilib ki, ümumilikdə 227 nəfər saxlanılıb. Onların 47 nəfəri paytaxt Parisdə və ona yaxın yaşayış məntəqələrində saxlanılıb.
Bizim.Media