“Baykar” şirkətinin idarə heyətinin sədri və texnologiya lideri Səlcuk Bayraktar gələcək layihələri haqqında diqqətçəkən məlumatlar verib.
O, “Kızılelma”dan sonra layihələrinin kosmos araşdırmaları ilə bağlı olacağına dair siqnallar verib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “turkiyegazetesi.com.tr” saytı yayıb.
Türkiyə Müdafiə Sənayesinin inkişafında öndə gedən adlardan biri olan Səlcuk Bayraktar “Artıq gözlərimiz atmosferin o tayında olan kosmosa dikilib” sözlərini dilə gətirib.
Bizim.Media





