Portuqaliya Futbol Federasiyasının istefaya göndərdiyi sabiq baş məşqçisi Fernandu Santuşa ödəyəcəyi təzminatın məbləği müəyyənləşib.
Bizim.Media "Correio da Manha"ya istinadən xəbər verir ki, federasiya 68 yaşlı mütəxəssisə 4 milyon 500 min avro təzminat ödəyəcək.
Bu təzminat məşqçinin qurumla 2024-cü ilin yayına qədər müqaviləsinin olması ilə bağlıdır. Müqavilə vaxtından əvvəl ləğv edildiyi üçün qeyd olunan məbləğ Santuşa veriləcək.
Qeyd edək ki, Santuş 2014-cü ildən Portuqaliya millisini çalışdırıb. Onun rəhbərliyi altında komanda DÇ-2022-də 1/4 finalda Mərakeşə 0:1 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb.
Bizim.Media