ABŞ senatorları “TikTok” sosial şəbəkə saytının ABŞ federal hökumət qurumlarına məxsus elektron iş cihazlarında istifadəsini qadağan edən qanun layihəsini təsdiqləyiblər.
Bizim.Media TASS-a istinadla xəbər verir ki, bu barədə məlumat ABŞ qanunverici orqanının yuxarı palatasının saytında yayımlanıb.
Sənədin mətninə əsasən, tətbiq federal qurumlara məxsus cihazlardan silinməlidir. Eyni zamanda, sosial şəbəkədən hüquq-mühafizə, milli təhlükəsizlik və informasiya təhlükəsizliyi tədqiqatları üçün istifadə edildikdə bir sıra istisnalar nəzərdə tutulur.
Senat tərəfindən yekdilliklə qəbul edilən qanun layihəsi Prezident Cozef Bayden tərəfindən imzalanmadan əvvəl ABŞ Nümayəndələr Palatasında nəzərdən keçirilməli olacaq.
Bizim.Media