Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketinə radionaviqasiya sistemlərinin, radionəzarət avadanlıqlarının Rusiyaya tədarükünə qadağa daxil edilib.
Bizim.Media xarici KİV-ə istrinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının məlumatında qeyd edilib.
Sənədə əsasən, yeni məhdudiyyətlər oyuncaq və istirahət üçün nəzərdə tutulmuş dronlara, mürəkkəb generatorlara, daşınan kompüterlərə və kompüter komponentlərinə, elektron sxem lövhələrinə, radionaviqasiya sistemlərinə, radionəzarət avadanlıqlarına, təyyarə mühərriklərinə və mühərrik hissələrinə şamil edilir.
Bizim.Media