ABŞ-dan göndərilən enerji avadanlıqlarının ilk partiyası Ukraynaya çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays rəsm “Twitter“ hesabında qeyd edib.
“Rusiyanın mülki əhaliyə əziyyət vermək məqsədi daşıyan və hazırda da davam edən hücumlarından fəsad görən enerji infrastrukturunun təmir olunması və əvvəlki vəziyyətinə gətirilməsinə kömək etmək məqsədilə ilk fövqəladə təmir avadanlığımız artıq Ukraynaya çatıb”, - deyə Prays bildirib.
Bizim.Media
