Myanma sakinləri Yangon şəhərinin küçələrinə çıxaraq ölkədəki hərbçilərin hakimiyyəti ələ keçirməsinə etiraz edirlər.
Bizim.Media xarici mətbuata istinadla xəbər verir ki, insanlar ordu əleyhinə şüarlar səsləndirir.
Onlar dövlət müşaviri Aun San Su Çji və prezident Vin Myin də daxil olmaqla, nəzarətə alınan yüksək vəzifəli məmurların sərbəst buraxılmasını tələb edirlər.
Bildirilib ki, etiraz aksiyalarında minlərlə insan iştirak edir. Sosial şəbəkələrdə yayımlanan videogörüntülərə görə, etiraz iştirakçılarının sayı artmaqdadır.
Bizim.Media