Dünya ölkələrinin İran hökumətinin repressiyalarına qarşı etirazları artmaqda davam edir.
Bizim.Media xəbər verir ki, dekabrın 15-də Niderland İranda əsas hüquq və azadlıqların davamlı şəkildə pozulduğunu pisləmək üçün İran səfirini Xarici İşlər Nazirliyinə çağırıb.
Eyni gündə İtaliyanın xarici işlər naziri Antonio Tacani də parlamentdə çıxışı zamanı İran səfirinin etimadnaməsini dövlət başçısına təhvil verməsindən dərhal sonra XİN-ə çağrılacağını bildirib.
Bizim.Media