Çinin “Oppo” şirkəti tam şüşədən olan smartfon, yeni ağıllı saat və naqilsiz qulaqlıqların prototiplərini təqdim edib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, yeni cihazların şəkilləri “Equal Library” Telegram kanalında yayımlanıb.
Fotolarda görünür ki, smartfon ənənəvi “sendviç” dizaynında deyil və onun arxa paneli və çərçivəsi şüşə materialındadır.
Bundan başqa, istehsalçı keysi şüşədən olan naqilsiz qulaqlıqlar və yeni smart saat təqdim edib. Qeyd edək ki, “Oppo”nun təqdim etdiyi prototiplər bəzən kütləvi istehsal olunmur.
Bizim.Media