Ukraynanın Xerson vilayətinə raket zərbələri endirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynaya məxsus teleqram kanallarında video-görüntülər yayılıb.
Bildirilib ki, Xersonun Dəmir Yolu Limanı adlanan ərazisi “HIMARS-M142” raketləri ilə intensiv atəşə tutulub.
Raketlərdən biri ərazidə yerləşən mehmanxanalardan birinə dəyib.
Məlumata görə, həmin mehmanxanada Rusiya Federal Təhlükəsizlik İdarəsinin əməkdaşları məskunlaşıbmış.
Bizim.Media